17 fevral 2022 20:28
864

YAP Gədəbəy rayon təşkilatının ərazi partiya təşkilatlarında hesabat-seçki yığıncaqları davam edir

17.02.2022- ci il tarixdə Yeni Azərbaycan Partiyası Gədəbəl rayon təşkilatının Statistika idarəsi, Təhsil şöbəsi, və Zəhmətkənd kənd ərazi partiya təşkilatlarında hesabat-seçki yığıncaqları keçirildi. Hesabat məruzəsi dinlənilib, çıxışlar əsasında hesabat dövrü ərzində görülən işlər dəyərləndirilib. Ərazi partiya təşkilatının sədrləri  hesabat məruzəsi ilə çıxış edərək təşkilatın hesabat dövrü ərzində görülən işlərdən və qarşıda duran vəzifələrdən danışıb.

“İki sahil” xəbər verir ki, hesabat-seçki yığıncaqlarını giriş nitqi ilə açan YAP Gədəbəy  rayon təşkilatının sədri Rüstəm Nağıyev yığıncaq iştirakçılarını salamlayıb. 2021-ci ilin mart ayının 5-də keçirilən Yeni Azərbaycan Partiyasının VII Qurultayından, yeni Nizamnamə və proqramın qəbul edilməsindən, eləcə də struktur dəyişikliklərindən, “Üzvlük haqlarının məbləği və ödənilməsi qaydası” haqqında ətraflı şəkildə yığıncaq iştirakçılarının diqqətinə çatdırdı.

Hesabat-seçki yığıncağında təşkilati məsələlərə də baxılıb, Sonra təşkilatı məsələlərə baxılaraq yuxarıda qeyd olunan ərazi təşkilatlarına

Statistika idarəsi ərazi partiya təşkilatına – sədr Rüstəmov Namiq Davud oğlu, müavin –Məmmədov İsmayıl İbrahim  oğlu

Təhsil şöbəsi ərazi partiya təşkilatına-sədr Qocayev Eldar Oktay oğlu, müavin-Həsənov Elmar Bəxtiyar  oğlu

Zəhmətkənd kənd ərazi partiya  təşkilatına-sədr Kərimov Fəzail Rəhman oğlu, müavin - Əhmədov Zahid Oruc oğlu seçildilər.

Sonda YAP Gədəbəy  rayon təşkilatının sədri Rüstəm Nağıyev  və aparatın əməkdaşları yeni tərkiblərin fəaliyyətinə uğurlar arzulayaraq qarşıda duran vəzifələri yüksək səviyyədə həyata keçirmək məqsədilə daha fəal olmağa çağırdı.