YAP Şəmkir rayon təşkilatının ərazi partiya təşkilatlarında növbəti hesabat-seçki yığıncaqları keçirilib
“İki sahil” xəbər verir ki, Yeni Azərbaycan Partiyası Şəmkir rayon təşkilatının Poçtamt -Telekomnikasiya və Maliyyə idarəsi ərazi partiya təşkilatlarında hesabat-seçki yığıncaqları keçirilib.
Yığıncaqlarda ərazi partiya təşkilatlarının ötən dövr ərzindəki fəaliyyəti barədə hesabat məruzəsi dinlənilib. Çıxış edənlər ərazi partiya təşkilatlarının hesabat dövrü ərzindəki fəaliyyətini qənaətbəxş qiymətləndiriblər.
Daha sonra təşkilati məsələlərə baxılıb. Poçtamt -Telekomnukasiya ərazi partiya təşkilatına Vilayət Cabbarov sədr, Kərim Hüseynov sədr müavini, Maliyyə idarəsi ərazi partiya təşkilatına Qoşun Heydərov sədr, Məmmədhəsən Hümbətov isə sədr müavini seçiliblər.
Tədbirdə çıxış edən YAP Şəmkir rayon təşkilatının sədri Fəxrəddin Vəliyev yeni seçilən sədr və sədr müavinlərinə gələcək fəaliyyətlərində uğurlar arzulayıb, müvafiq tapşırıq və tövsiyələrini verib.