Yeni Azərbaycan Partiyası (YAP) Daşkəsən rayon təşkilatı ərazi partiya təşkilatlarında hesabat-seçki yığıncaqlarının keçirilməsini davam etdirir.
17 fevral 2022-ci il tarixdə Zağalı, Xoşbulaq və Qazaxyolçuyar ərazi partiya təşkilatlarında keçirilən hesabat-seçki yığıncaqlarında YAP Daşkəsən rayon təşkilatının məsul işçiləri Sərdar Xıdırov və Elşən Alıyev iştirak ediblər.
Tədbirlərdə ümummilli lider Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda şəhid olan qəhrəman Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Ərazi partiya təşkilatlarının sədrləri ötən dövrü əhatə edən məruzələrdə 44 günlük müharibədə Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında ordumuzun möhtəşəm qələbəsi, işğaldan azad olunmuş ərazilərdə aparılan tikinti, quruculuq və abadlıq işləri, YAP-ın yeni qəbul olunmuş Nizamnaməsi, üzvlük haqları haqqında ətraflı məlumat veriblər.
Yığıncaqlarda ərazi partiya təşkilatlarının yeni sədrləri və sədr müavinləri seçilib, bir qrup gənc partiya sıralarına qəbul olunmaq üçün ərizə ilə müraciət edib.
Cavid Əkbərov, “İki sahil”