18 fevral 2022 12:41
1109

YAP Lənkəran rayon təşkilatının ərazi partiya təşkilatlarında hesabat-seçki yığıncağları davam edir - FOTO

Yeni Azərbaycan Partiyası (YAP) Lənkəran rayon təşkilatının Lənkəran şəhər 4 saylı məktəb, 5 saylı məktəb, Digah məktəbi, Xüsusi təyinatlı məktəb ərazi partiya təşkilatlarında hesabat-seçki yığıncağları keçirilib.

“İki sahil” xəbər verir ki, yığıncaqlarda ərazi partiya təşkilatlarında hesabat dövründə görülən işləri geniş müzakirə olundu qarşıda duran vəzifələri müəyyənləşdirildi. Ərazi partiya təşkilatlarının hesabat dövründəki fəaliyyətləri qənaətbəxş hesab edilib.

Yığıncaqda təşkilati məsələlərə baxılıb, ərazi partiya təşkilatlarına sədr və sədr müavinləri seçilib.