18 fevral 2022 14:46
769

YAP Biləsuvar rayon təşkilatı növbəti tədbirini keçirib FOTO

Yeni Azərbaycan Partiyası Biləsuvar rayon təşkilatı növbəti tədbirini keçirib. 

“İki sahil” xəbər verir ki,  18 fevral 2022-ci il tarixdə, 10 saylı şəhər ərazi partiya təşkilatında hesabat-seçki yığıncağı keçirilib.

Əvvəlcə Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Gündəlikdə duran I məsələ ərazi partiya təşkilatının sədrinin hesabat məruzəsinin dinlənilməsi, II məsələ ərazi partiya təşkilatının sədr və sədr müavininin seçilməsi olmuşdur.

Yığıncaqda ərazi partiya təşkilatı sədrinin hesabatı dinlənildi. Hesabat dövründə görülən işlər geniş müzakirə olundu, qarşıda duran vəzifələr müəyyənləşdirildi. Ərazi partiya təşkilatının hesabat dövründəki fəaliyyəti qənaətbəxş hesab edildi.

Yığıncaqda təşkilati məsələyə baxılaraq, Siyahət Quliyev 10 saylı şəhər ərazi partiya təşkilatının sədri, Rəşad Əliyev sədr müavini seçildi.

Tədbirdə çıxış edən YAP rayon təşkilatının sədri Kamil Qurbanlı Yeni Azərbaycan Partiyasının cəmiyyətimizdəki rolundan, partiyanın Proqram və Nizamnaməsinin tələblərindən geniş bəhs edib. Partiyanın VII Qurultayında qəbul olunmuş Nizamnamənin müasir dövrün reallıqlarına uyğun olan yeni çağrışların, vəzifələrin daha da effektiv şəkildə həyata keçirilməsinə şərait yaratdığını bildirdi. K.Qurbanlı ötən hesabat dövrü ərzində ƏPT-nın fəaliyyəti ilə baglı fikirlərini bildirib. Yeni seçilən sədr və müavini təbrik edərək müvafiq tövsiyyələrini verib.