18 fevral 2022 18:23
562

YAP Sabirabad rayon təşkilatı ərazi partiya təşkilatlarında hesabat-seçki yığıncağları keçirilib - FOTO

Bu gün Yeni Azərbaycan Partiyası (YAP) Sabirabad rayon təşkilatının Muğan Gəncəli, Cəngən, Salmanlı, Çiçəkli kənd ərazi partiya təşkilatlarında hesabat-seçki yığıncağları keçirilib.

“İki sahil” xəbər verir ki, yığıncağın gündəliyində ərazi partiya təşkilatlarının ötən dövr ərzindəki fəaliyyətləri barədə hesabat və ərazi partiya təşkilatlarının sədr və sədr müavinlərinin seçilməsi məsələləri yer alıb.
Yığıncağın gündəliyində olan birinci məsələ ilə bağlı hesabat məruzəsini təqdim edən ərazi partiya təşkilatlarının sədrləri hesabat dövr ərzində ərazi partiya təşkilatlarının fəaliyyəti barədə geniş məruzə ilə çıxış ediblər.
Sonra hesabat məruzəsi ətrafında çıxışlar başlanılıb.

YAP üzvləri çıxışlarının sonunda ərazi partiya təşkilatlarının hesabat dövründəki fəaliyyətlərini qənaətbəxş hesab edildiyini bildiriblər.

Daha sonra gündəlikdə duran ikinci  təşkilatı məsələnin müzakirəsinə baxılıb.

YAP Sabirabd rayon Muğan Gəncəli, Cəngən, Salmanlı, Çiçəkli ərazi partiya təşkilatlarında qeydiyyatda duran partiya üzvləri  yekdilliklə müvafiq olaraq Muğan Gəncəli kənd ərazi partiya təşkilatına sədr Quliyev Afiq Adil oğlunu, sədr müavini Sətiyev Asif Kamil oğlunu, Cəngən kənd ərazi partiya təşkilatına sədr Mirzəyeva Sevinc Əlmirzə qızını, sədr müavini Quliyev Asim Asəf oğlunu, Salmanlı kənd ərazi partiya təşkilatına sədr Kərimov Məhərrəm Əhmədağa oğlunu, sədr müavini Orucov Cavid Zahid oğlunu, Çiçəkli kənd ərazi partiya təşkilatına sədr Qasımov Bayram Həsənalı oğlunu, sədr müavini Əhmədov Yaşar Qəhram oğlunu seçiblər.

Yeni seçilən sədrlər və sədr müavinləri çıxışlarında göstərilən etimadı yüksək qiymətləndirərək öz təşəkkürlərini bildiriblər.
Yığıncağın sonunda YAP Sabirabad rayon təşkilatının sədri Varis Rüstəmov yeni seçilən sədrləri və sədr müavinlərini təbrik edərək gələcək işlərində uğurlar arzulayıb.