Yeni Azərbaycan Partiyası (YAP) Daşkəsən rayon təşkilatı ərazi partiya təşkilatlarında hesabat-seçki yığıncaqlarının keçirilməsini davam etdirir.
18 fevral 2022-ci il tarixdə Uşaq Gənclər İdman və Şahmat məktəbi, Zinzahal, Qaraqullar, Çanaqçı, Muşavaq və Alaxançallı ərazi partiya təşkilatlarında hesabat-seçki yığıncaqları keçirilib.
Yığıncaqlarda ümummilli lider Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda şəhid olan qəhrəman Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Ərazi ilk partiya təşkilatlarının hesabat-seçki yığıncaqları YAP üzvlərinin yüksək fəallığı ilə keçirilib.
Yığıncaq iştirakçıları tərəfindən hesabat məruzələri diqqətlə dinlənilərək ilk partiya təşkilatlarının sədrlərinin ötən dövr ərzindəki fəaliyyətlərinə yüksək qiymət verilib.
Yığıncaqlara dəvət olunmuş bitərəflər də çıxış edərək Ali Baş Komandan, Prezident İlham Əliyevin apardığı çox uğurlu daxili və xarici siyasəti bəyəndiklərini bildiriblər.
Yekunda bir qrup gənc partiya sıralarına qəbul olunmaq üçün ərizə ilə müraciət edib. Bir qrup gəncə isə Yeni Azərbaycan Partiyasının üzvlük vəsiqəsi təqdim edilib.
Cavid Əkbərov, “İki sahil”