Yeni Azərbaycan Partiyası (YAP) Cəlilabad rayon təşkilatı ərazi-partiya təşkilatlarında hesabat-seçki yığıncaqlarının keçirilməsini davam etdirir.
18 fevral 2022-ci il tarixində YAP Cəlilabad rayon təşkilatının 09 saylı Cəlilabad Dövlət Aqrar İnkişaf Mərkəzi və 10 saylı Cəlilabad Rayon Baytarlıq idarəsi ərazi partiya təşkilatlarında hesabat-seçki yığıncaqları keçirilib.
Hər iki tədbir başlamazdan öncə Vətən uğrunda canından keçmiş şəhidlərimizin və ümummilli lider Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Sonra ərazi partiya təşkilatlarının ötən dövr ərzindəki fəaliyyətləri barədə hesabat məruzələri dinlənilib. Hesabat məruzələri ətrafında müzakirələr aparılıb və ərazi ilk partiya təşkilatlarının hesabat dövrü ərzindəki fəaliyyətləri qənaətbəxş hesab olunub.
Daha sonra təşkilati məsələlərə baxılıb, iclas iştirakçıları tərəfindən ərazi partiya təşkilatlarının sədr və sədr müavinləri seçilib.
Sonda iclaslarda iştirak edən YAP Cəlilabad rayon təşkilatının nümayəndəsi partiyanın yeni Nizamnaməsi barədə ətraflı məlumat verib, yeni seçilən sədr və sədr müavinlərini təbrik edərək işlərində uğurlar arzulayıb. O, YAP üzvlərini partiyanın fəaliyyətində daha da yaxından iştirak etməyə çağırıb.
Cavid Əkbərov, “İki sahil”