19 fevral 2022 18:43
668

COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 36 min 569 peyvənd vurulub.

“İki sahil” xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Bildirilib ki, birinci mərhələ üzrə peyvənd olunanların sayı 2 min 738, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 1 min 555, “buster” doza ilə peyvənd olunanların sayı 30 min 174, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 2 min 102 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 12 milyon 756 min 794, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 milyon 283 min 131, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 4 milyon 773 min 574 təşkil edir. “Buster” doza ilə peyvənd olunanların ümumi sayı isə 2 milyon 508 min 85, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 192 min 4 nəfərdir.