19 fevral 2022 21:52
680

Çanaqqala boğazı üzərindəki asma körpü açılmağa hazırdır

Türkiyənin nəqliyyat və infrastruktur naziri Adil Karaismailoğlu şənbə günü açılışa hazır olan 4608 metrlik “Çanaqqala 1915” körpüsü ilə Çanaqqala boğazından keçib.

“İki sahil” xəbər verir ki, nazir jurnalistlərin müşayiəti ilə Asiyadan Avropaya gedən asma körpünü 70 dəqiqə izləyib.

“1915-ci ildə bütün dünyanın türk xalqının epik qəhrəmanlığının şahidi olduğu Çanaqqala yarımadasında olmağıma şadam. Həmin döyüşün iştirakçıları Çanaqqala (Dardanel) boğazının Türkiyə düşmənləri üçün keçilməz olduğunu sübut etdilər. Amma söhbət dostluq, qardaşlıq, ticarət, turizm və firavanlıqdan gedirsə, Çanaqqala boğazını avtomobillə rahatlıqla cəmi 6 dəqiqəyə keçmək olar”, - deyə nazir bildirib.