20 fevral 2022 20:36
620

Ukraynada hərbçilər mülki şəxslərə müdafiə bacarıqları öyrətməyə davam edir

Kiyevdə Rusiya və Ukrayna arasında davam edən gərginlik fonunda Ukrayna ordusunun ehtiyat hissələri mülki əhali üçün ilkin hərbi təlimlər keçirməyə davam edir.

“İki sahil” xəbər verir ki, Dolobetski adasındakı təlimlər Sağ Sektor Partiyasının təşəbbüsü ilə təşkil olunub.

Təlimlərdə bütün yaş kateqoriyalarından çoxlu sayda yerli sakinlər, o cümlədən qadınlar iştirak edirlər.

İştirakçılar dörd qrupa bölünüb, onların hər biri zərərçəkmişlərə ilkin tibbi yardım, silahdan istifadə, xəritələrdən istifadə mövzusunda təlim keçib və partlayıcılar haqqında əsas məlumatlar alıblar.

Sağ Sektor Partiyasının Kiyev şöbəsinin rəhbəri Yuri Qurenko “Anadolu” agentliyinə bildirib ki, təlimlər ikinci dəfədir keçirilir.

Qurenkonun sözlərinə görə, insanlar Rusiyanın Ukraynaya mümkün müdaxiləsindən qorxurlar: “Ümid edirəm ki, bu gün bu insanlar gələcəkdə həyatlarını xilas etməyə kömək edəcək biliklər alacaqlar. Bu təlim vasitəsilə biz əhali arasında qorxu hissini azaltmağı hədəfləyirik”.