21 fevral 2022 11:58
1281

Qeyri-neft sektoru üzrə ixrac 59% artıb

Yanvar ayında ixrac ötən ilin müvafiq dövrü ilə müqayisədə 90,1%, qeyri-neft sektoru üzrə ixrac isə 59% artıb.

“İki sahil” xəbər verir ki,  bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov “Twitter” səhifəsində bildirib.

"Bu, ölkə iqtisadiyyatının diversifikasiyasının davam etdirilməsi və yerli sahibkarların xarici bazarlara çıxış imkanlarının təşviqinin uğurlu nəticəsidir", - nazir vurğulayıb.