Yeni Azərbaycan Partiyası (YAP) Cəlilabad rayon təşkilatı ərazi partiya təşkilatlarında hesabat-seçki yığıncaqlarının keçirilməsini davam etdirir.
21 fevral 2022-ci il tarixində YAP Cəlilabad rayon təşkilatının 11 saylı Beynalxalq Bankın Cəlilabad filialı, 12 saylı Cəlilabad rayon Poçtamtı və yeni yaradılan 51 saylı “23 saylı Regional Xəzinədarlıq İdarəsi” ərazi partiya təşkilatlarında hesabat-seçki yığıncaqları keçirilib.
Hər üç tədbir başlamazdan öncə ümummilli lider Heydər Əliyevin və Vətən uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirələri bir dəqiqəlik sükutla yad edilib.
Sonra ərazi partiya təşkilatlarının ötən dövr ərzindəki fəaliyyətləri barədə hesabat məruzələri dinlənilib. Hesabat məruzələri ətrafında müzakirələr aparılıb və ərazi ilk partiya təşkilatlarının hesabat dövrü ərzindəki fəaliyyətləri qənaətbəxş hesab olunub.
Daha sonra təşkilati məsələlərə baxılıb, iclas iştirakçıları tərəfindən ərazi partiya təşkilatlarının sədr və sədr müavinləri seçilib.
Sonda iclaslarda iştirak edən YAP Cəlilabad rayon təşkilatının nümayəndəsi partiyanın yeni Nizamnaməsi barədə ətraflı məlumat verib, yeni seçilən sədr və sədr müavinlərini təbrik edərək işlərində uğurlar arzulayıb. Həmçinin YAP üzvlərini partiyanın fəaliyyətində daha da yaxından iştirak etməyə çağırıb.
Cavid Əkbərov, “İki sahil”