21 fevral 2022 20:29
788

Gənc sahibkarlar və startapçılarla görüş keçirilib FOTO

Fevralın 21-də “Youth Inc.” Sahibkarlığa Dəstək Proqramı çərçivəsində gənc sahibkarlar və startapçılarla görüş keçirilib.

“İki sahil” xəbər verir ki,  görüşdə “Youth Inc.” Sahibkarlığa Dəstək Proqramının təşkilatçılığı ilə 2021-ci ildə həyata keçirilmiş “From Start to Smart” və “New Generation 2.0” layihələrinin məzunları ilə birlikdə müzakirələr aparılıb.
 
“Youth Inc.” Sahibkarlığa Dəstək Proqramının məqsədi gənclər və gənc sahibkarlar arasında təşəbbüsləri dəstəkləmək, sahibkarlıq haqqında məlumatlılığı artırmaq, gənclərə, eləcə də qadınlara sahibkarlıq təhsili verməklə onların cəmiyyətdəki mövqeyini və biznesdəki rolunu artırmaqdır. 
 
Görüş zamanı gənclər və idman naziri Fərid Qayıbov, Milli Məclisin deputatı Şahin Seyidzadə, Avrasiya və Orta Şərq üzrə françayzinq üzrə vitse-prezident, Qafqaz və Mərkəzi Asiya üzrə baş menecer Banu Karakullukcu,“Coca-Cola” şirkətinin Qafqaz və Mərkəzi Asiya üzrə ictimaiyyətlə əlaqələr və kommunikasiya direktoru Elşad Fərzəliyev öz təcrübələrini gənclərlə bölüşüb, onların suallarını cavablandırıblar.
 
Görüşün sonunda “From Start to Smart” və “New Generation 2.0” layihələrinin məzunları öz startapları və gələcək planları barədə məlumat veriblər.