22 fevral 2022 09:09
10074

Varşavanın ən füsunkar körpüsü Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılıb

Fevralın 21-də Azərbaycan Respublikası ilə Polşa Respublikası arasında diplomatik əlaqələrin yaradılmasından 30 il ötür.

"İki sahil" xəbər verir ki, iki ölkə arasında diplomatik münasibətlərin yaradılmasının 30-cu ildönümün qeyd edilməsi məqsədilə Azərbaycanın Polşadakı səfirliyin təşəbbüsü ilə Varşavanın Visla çayı üzərində yerləşən ən füsunkar körpülərindən olan Şlonsko-Donbrowski körpüsü Azərbaycan Respublikasının Dövlət Bayrağının çalarları ilə işıqlandırılıb.