22 fevral 2022-ci il tarixində Yeni Azərbaycan Partiyası Cəlilabad rayon təşkilatının 13 saylı Cəlilabad Telekommunikasiya qovşağı və 14 saylı Cəlilabad Bələdiyyəsi ərazi ilk partiya təşkilatlarında hesabat-seçki yığıncaqları keçirilmişdir.
“İki sahil” xəbər verir ki, tədbirlər başlamazdan öncə Vətən uğrunda canından keçmiş şəhidlərimizin və Ümummilli Liderimiz Heydər Əliyevin əziz xatirələri bir dəqiqəlik sükutla yad edilmişdir. Sonra ərazi partiya təşkilatlarının ötən dövr ərzindəki fəaliyyətləri barədə hesabat məruzələri dinlənilmişdir. Hesabat məruzələri ətrafında müzakirələr aparılmış və ərazi ilk partiya təşkilatlarının hesabat dövrü ərzindəki fəaliyyətləri qənaətbəxş hesab olunmuşdur.
Daha sonra təşkilati məsələlərə baxılmış və iclas iştirakçıları tərəfindən ərazi partiya təşkilatlarına sədrlər və sədr müavinləri seçilmişdir.
Sonda iclaslarda iştirak edən YAP Cəlilabad rayon təşkilatının nümayəndəsi partiyanın yeni Proqramı barədə ətraflı məlumat vermiş, yeni seçilən sədrləri və sədr müavinlərini təbrik edərək işlərində uğurlar arzulamış və partiya üzvlərini partiyanın fəaliyyətində daha da yaxından iştirak etməyə çağırmışlar.
Görmə məsafəsi azalacaq, yollar sürüşkən olacaq – yol polisindən hava xəbərdarlığı