22 fevral 2022 21:58
653

YAP Gədəbəy rayon təşkilatının ərazi partiya təşkilatlarında hesabat-seçki yığıncaqları davam edir

22.02.2022-ci il tarixdə Yeni Azərbaycan Partiyası Gədəbəy rayon təşkilatının Gədəbəy  Mərkəzi rayon Xəstəxanası,  1, 2, və 3 nömrəli  Gədəbəy şəhər  orta məktəbləri  ərazi  partiya təşkilatlarında hesabat-seçki yığıncaqları keçirildi.

“İki sahil” xəbər verir ki, hesabat məruzəsi dinlənilib, çıxışlar əsasında hesabat dövrü ərzində görülən işlər dəyərləndirilib. Ərazi partiya təşkilatının sədrləri hesabat məruzəsi ilə çıxış edərək təşkilatın hesabat dövrü ərzində görülən işlərdən və qarşıda duran vəzifələrdən danışıb.

44 günlük Zəfər Müharibəsində qazanılan qələbənin Müzəffər  Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevin apardığı çox uğurlu siyasət günün aktual məsələsi kimi müzakirə edildi.

Hesabat-seçki yığıncaqlarını giriş nitqi ilə açan YAP Gədəbəy rayon təşkilatının sədri Rüstəm Nağıyev yığıncaq iştirakçılarını salamlayıb. 2021-ci ilin mart ayının 5-də keçirilən Yeni Azərbaycan Partiyasının VII Qurultayından, yeni Nizamnamə və proqramın qəbul edilməsindən, eləcə də struktur dəyişikliklərindən, “Üzvlük haqlarının məbləği və ödənilməsi qaydası” haqqında ətraflı şəkildə yığıncaq iştirakçılarının diqqətinə çatdırdı.

Hesabat-seçki yığıncağında təşkilati məsələlərə də baxılıb, Sonra təşkilatı məsələlərə baxılaraq yuxarıda qeyd olunan ərazi təşkilatlarına  

Gədəbəy  Mərkəzi rayon Xəstəxanası  ərazi partiya təşkilatına-sədr Sarıyev Firdovsi Əlviz  oğlu, müavin-Həsənova Afina Şirzad  qızı.

Şəhər  1 nömrəli  ərazi partiya təşkilatına-sədr Həsənova Şəfa Camal qızı, müavin – Söyünov Seymur Rəsul oğlu.

Şəhər  2 nömrəli  ərazi partiya təşkilatına-sədr Əliyeva Məlahət Talıb  qızı, müavin – Bağırova Vüsalə Rza qızı.

Şəhər  3 nömrəli  ərazi partiya təşkilatına-sədr Şirinova  Esmira Aydın qızı, müavin – Hüseynova Gülər Vaqif qızı seçildilər.

Sonda YAP Gədəbəy rayon təşkilatının sədri Rüstəm Nağıyev və aparatın əməkdaşları yeni tərkiblərin fəaliyyətinə uğurlar arzulayaraq qarşıda duran vəzifələri yüksək səviyyədə həyata keçirmək məqsədilə daha fəal olmağa çağırdı.