23 fevral 2022 08:17
636

İsmayıllı sakinindən qanunsuz odlu silah götürülüb

İsmayıllı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbiri nəticəsində rayon sakini Kərim Kərimovdan müvafiq sənədləri olmayan “İJ” markalı ov tüfəngi aşkarlanaraq götürülüb.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan “İki sahil”ə verilən məlumata görə, həmin şəxs barəsində protokol tərtib olunaraq barəsində müvafiq qərar qəbul edilməsi üçün rayon məhkəməsinə göndərilib.