21 fevral 2022-ci il tarixdə Yeni Azərbaycan Partiyası Şəmkir rayon təşkilatının Qədimqala kənd, Şeydilər kənd və Daşbulaq kənd ərazi partiya təşkilatlarında hesabat-seçki yığıncaqları keçirilib.
“İki sahil” xəbər verir ki, əvvəlcə ulu öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Sonra ərazi partiya təşkilatlarının hesabat dövrü ərzindəki fəaliyyətləri barədə hesabat məruzələri dinlənilib. Məruzə ətrafında çıxış edənlər ərazi partiya təşkilatlarının hesabat dövrü ərzindəki fəaliyyətlərini qənaətbəxş qiymətləndiriblər.
Yığıncaqlarda təşkilati məsələlərə də baxılıb, ərazi partiya təşkilatlarının sədr və sədr müavinləri seçilib.
Çıxış edən YAP Şəmkir rayon təşkilatının əməkdaşları yeni seçilən sədr və sədr müavinlərini təbrik edib, işlərində uğurlar arzulayıblar.