Fevralın 22-də Yeni Azərbaycan Partiyası (YAP) Biləsuvar rayon təşkilatının 20, 21, 32 və 40 saylı şəhər ərazi partiya təşkilatlarında hesabat-seçki yığıncaqları keçirilib.
Əvvəlcə ulu öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
“İki sahil” xəbər verir ki, yığıncaqlarda ərazi partiya təşkilatları sədrlərinin hesabatı dinlənilib. Hesabat dövründə görülən işlər geniş müzakirə olunub, qarşıda duran vəzifələr müəyyənləşdirilib. Ərazi partiya təşkilatlarının hesabat dövründəki fəaliyyəti qənaətbəxş hesab edilib.
Yığıncaqlarda təşkilati məsələyə baxılıb. 20 saylı şəhər ərazi partiya təşkilatında Azad Quliyev sədr, Elnur Hüseynli sədr müavini, 21 saylı şəhər ərazi partiya təşkilatında Adil Hüseynov sədr, Əhməd Əzizov sədr müavini, 32 saylı şəhər ərazi partiya təşkilatında Malik Qədirov sədr, Sevinc Ağayeva sədr müavini, 40 saylı şəhər ərazi partiya təşkilatında Qabil Xammədov sədr, İradə Məmmədova isə sədr müavini seçiliblər.
Tədbirdə çıxış edən YAP Biləsuvar rayon təşkilatının sədri Kamil Qurbanlı Yeni Azərbaycan Partiyasının cəmiyyətimizdəki rolundan, partiyanın Proqram və Nizamnaməsinin tələblərindən geniş bəhs edib. Partiyanın VII qurultayında qəbul olunan Nizamnamənin müasir dövrün reallıqlarına uyğun olan yeni çağrışların, vəzifələrin daha da effektiv şəkildə həyata keçirilməsinə şərait yaratdığını bildirib. K.Qurbanlı ötən hesabat dövrü ərzində ərazi partiya təşkilatlarının fəaliyyətləri ilə bağlı fikirlərini açıqlayıb, yeni seçilən tərkibə uğurlar arzulayıb.
Görmə məsafəsi azalacaq, yollar sürüşkən olacaq – yol polisindən hava xəbərdarlığı