Yeni Azərbaycan Partiyası (YAP) İsmayıllı rayon təşkilatının ərazi partiya təşkilatlarında hesabat seçki yığıncaqları davam edir.
Növbəti hesabat seçki yığıncağı İsmayıllı şəhəri Axundov küçəsi 65 (İsmayıllı RMX PHŞ) ünvanında baş tutdu.
Öncə müasir müstəqil Azərbaycanın banisi, YAP-ın qurucusu Ümummilli lider Heydər Əliyevin, Vətən torpaqlarının azadlığı uğrunda canından keçən şəhidlərimizin müqəddəs ruhu bir dəqiqəlik sükutla yad edildi.
Partiya fəallarının və uzun müddət ərazi partiya təşkilatlarına rəhbərlik etmiş Murad Həbibovun hesabatı dinlənildi.
Ərazi partiya təşkilatına nümayəndələrin yekdil qərarı ilə sədr Vidadi Hənnan oğlu Rəhimov, sədr müavini İlkin Nadir oğlu Baxşəliyev seçildilər.
Çıxışında partiyamızın keçdiyi inkişaf yoluna nəzər salan YAP İsmayıllı rayon təşkilatının sədri Zaur Muradov Azərbaycan-Türkiyə, Azərbaycan –Rusiya müttəfiqlik bəyanatlarından söz açmış, ölkəmizin regionda söz sahibi olduğunu,həmçinin Azərbaycan dövlətinin qonşularla iqtisadi və siyasi maraqların harmoniyasının unikal modelinə çevrildiyini dilə gətirmişdir. O, qeyd etmişdir ki, Azərbaycan Qoşulmama Hərəkatının üzvü və fəaliyyətdə olan sədridir. Rusiya – Azərbaycan müttəfiqlik bəyənnaməsində qeyd edilmişdir ki, tərəflər öz münasibətlərini müstəqilliyə, dövlət suverenliyinə, ərazi bütövlüyünə, sərhədlərin toxunulmazlığına qarşılıqlı hörmət və bir-birinin daxili işlərinə qarışmamaq əsasında quracaqlar. Beləliklə də, imzalanmış bəyənnamə Azərbaycanın, onun siyasi rəhbərliyin daha bir uğurudur.
Tədbirin sonunda uzun müddət ərazi partiya təşkilatına sədirlik edən Murad Həbibovun fəaliyyəti qiyymətləndirilmişdir. O, Partiya işinin təşkilində səmərəli fəaliyyətinə görə Yeni Azərbaycan Partiyasının İsmayıllı rayon təşkilatının “ Fəxri Fərmanı” və digər hədiyyələrlə təltif edilmişdir.
Orxan Vahidoğlu, "İki sahil"
Görmə məsafəsi azalacaq, yollar sürüşkən olacaq – yol polisindən hava xəbərdarlığı