Yeni Azərbaycan Partiyası İmişli rayon təşkilatı ərazi partiya təşkilatlarındahesabat-seçki yığıncaqları keçirilib. Yığıncaqlar «Energetik-1», «Statistika», «Peşə» və «M.F.Axundov» ərazi partiya təşkilatlarında baş tutub.
“İki sahil” xəbər verir ki, əvvəlcə Vətən uğrunda canından keçən şəhidlərin və ümummilli lider Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Daha sonra ərazi partiya təşkilatlarının hesabat dövrü ərzindəki fəaliyyətləri barədə hesabat məruzələri dinlənilib. Çıxış edənlər ərazi partiya təşkilatlarının hesabat dövrü ərzindəki fəaliyyətlərini qənaətbəxş qiymətləndiriblər.
Yığıncaqda təşkilati məsələlərə baxılıb. Suvarağa Cəfərov «Energetik-1» ərazi partiya təşkilatının sədri, Daşdəmir Dəmirov sədr müavini, Novruz Hüseynov «Statistika» ərazi partiya təşkilatının sədri, Qalib Məmmədov sədr müavini, Qalib Mirzəyev «Peşə» ərazi partiya təşkilatının sədri, Elşən Əliyev sədr müavini, Xudaverdi Əliyev «M.F.Axundov» ərazi partiya təşkilatının sədri, Aqil Həsənovisə sədr müavini seçiliblər.
Rayon təşkilatının sədri Səfa Ağayev yeni seçilən sədr və sədr müavinlərini təbrik edib, fəaliyyətlərində uğurlar arzulayıb.
Görmə məsafəsi azalacaq, yollar sürüşkən olacaq – yol polisindən hava xəbərdarlığı