23 fevral 2022 19:23
624

Masallıda “Xocalı gənclərin gözü ilə” mövzusunda rəsm müsabiqəsi keçirilib

"Masallı Gənclər evi” sosial xidmət müəssisəsində Masallı rayon Gənclər və İdman İdarəsi, Təhsil şöbəsi və “Masallı Gənclər evi” sosial xidmət müəssisəsinin birgə təşkilatçılığı ilə Xocalı faciəsinin 30-cu ildönümünə həsr olunmuş yeniyetmə və gənclər  arasında “Xocalı gənclərin gözü ilə” mövzusunda rəsm müsabiqəsi keçirilib.

Tədbirdə əvvəlcə Xocalı  şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

Tədbirin açılış mərasimində Masallı rayon Gənclər və İdman İdarəsinin rəisi Sabiq Cahangirov  çıxış edərək insanlığa qarşı törədilmiş bu cinayət aktı beynəlxalq aləm tərəfindən öz hüquqi qiymətini almalıdır. Azərbaycan dövləti ermənilərin xalqımıza qarşı törətdiyi cinayətlərin, o cümlədən Xocalı soyqırımı haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, onun soyqırımı kimi tanıdılması üçün məqsədyönlü və ardıcıl fəaliyyət göstərir. Prezident İlham Əliyev Xocalı faciəsini tarixi düşmənlərimizin təcavüzkar erməni millətçilərinin yüzilliklər boyu Azərbaycan xalqına qarşı apardığı soyqırımı və etnik təmizləmə siyasətinin qanlı səhifəsi kimi qiymətləndirib.  

Məktəblilər çəkdikləri rəsmlərdə ermənilərin Xocalı sakinlərinə qarşı törətdikləri vəhşilik və soyqırımı şəkillərdə  əks etdiriblər. müsabiqəsinin sonda münsiflər heyəti tərəfindən qaliblər müəyyən edilib.

Böyük Xocavar kənd B.Məmmədov  adına tam orta məktəbin  VI sinif şagirdi Nəzirli Kübra Zaur qızı birinci yerə, Böyük Xocavar kənd B.Məmmədov  adına tam orta məktəbin  VI sinif şagirdi İsmayılova Şəfa Fəqan qızı ikinci yerə,  Böyük Xocavar kənd B.Məmmədov  adına tam orta məktəbin  V sinif şagirdi Zeynallı Böyükağa  Emin oğlu üçüncü yerə  layiq görülmüşlər. Masallı şəhər 5 saylı İ.Zülalov  adına tam orta məktəbin X sinif şagirdi  Nuriyeva Aydan Ramal qızı fərqləndiyinə görə diplomla təltif olunublar.

Müsabiqədə  qalib gəlmiş  bütün  şagirdlər Masallı rayon  Gənclər və İdman idarəsi və “Masallı Gənclər evi” sosial xidmət müəssisəsi tərəfindən  diplomla təltif olunublar.

Əlihüseyn Şükürov