89 saylı Göyçay-Ağdaş seçki dairəsi üzrə Milli Məclisin deputatı Məzahir Əfəndiyev seçki ərazisindən daxil olan müraciətlərə əsasən Azərbaycan Respublikası Milli Məclisinin deputatının statusu haqqında qanunun 18 maddəsini rəhbər tutaraq, habelə Parlamentin reqlamentlərinə uyğun olaraq əraziyə səfəri çərçivəsində növbəti fərdi vətəndaş qəbulunu keçirib.
“İki sahil” xəbər verir ki, Göyçay rayon Heydər Əliyev Mərkəzində keçirilən qəbulda görüş zamanı seçicilərin çoxsaylı müraciətləri dinlənilib.
Deputat müxtəlif mövzularda onları narahat edən problemləri diqqətə götürüb.
Qəbula gələn vətəndaşların görüş zamanı səsləndirdikləri problemlər sırasında əsasən pensiya, sosial müavinatlar, əlilliyin təmin edilməsi, məşğulluq səviyyəsinin yüksəldilməsi, mənzil-məişət problemləri, həmçinin əlillik pensiyasının əsassız səbəbdən kəsilməsi ilə bağlı məsələlər başlıca yer alıb.
Bir neçə məsələ müvafiq yerli orqanların nümayəndələrinin iştirakı ilə yerindəcə həllini tapıb. Deputat səlahiyyətlərinə aid olan problemlər nəzarətə götürülüb və həlli üçün qanunvericilik çərçivəsində müvafiq addımlar atılıb. Eyni zamanda deputat sorğularının göndəriləcəyi, vətəndaşların problemlərinin həlli üçün aidiyyatı orqanlar qarşısında məsələlərin qaldırılacağı da vurğulanıb.
Həmçinin qəbul zamanı pandemiya vəziyyəti ilə bağlı mövcud məsələlər müzakirə edilib və vətəndaşlara Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın qəbul etdiyi qaydalara, karantin rejiminin şərtllərinə əməl etmələri tövsiyə olunub.
Qeyd edək ki, qəbulda 20-yə yaxın seçici iştirak edib.
Görmə məsafəsi azalacaq, yollar sürüşkən olacaq – yol polisindən hava xəbərdarlığı