25 fevral 2022 15:57
755

YAP Naftalan şəhər təşkilatı ərazi partiya təşkilatlarında hesabat-seçki yığıncaqları davam edir - FOTO

Yeni Azərbaycan Partiyası (YAP) Naftalan  şəhər təşkilatının  ərazi  partiya təşkilatlarında hesabat-seçki yığıncaqlarının keçirilməsi üzrə hazırlanmış qrafikə uyğun olaraq  “Heydər Əliyev prospekti  204”, “Şıxəli  Qurbanov küçəsi 25”, “İslam Həsənzadə küçəsi 3”, “İslam Həsənzadə küçəsi 15”, “İslam Həsənzadə küçəsi 20”, “İslam Həsənzadə küçəsi 22” ərazi partiya təşkilatlarında hesabat-seçki yığıncaqları keçirilib.

Yığıncaqlarda ilk öncə ilk Vətən uğrunda canından keçən şəhidlərimizin və ümummilli lider Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Yığıncaqlarda ərazi partiya təşkilatlarının partiyamızın VI Qurultayından sonrakı dövr ərzindəki fəaliyyətləri barədə hesabat məruzələri dinlənildikdən sonra hesabat məruzəsi ətrafında geniş müzakirələr aparılıb və təşkilatların hesabat dövrü ərzindəki fəaliyyətləri qənaətbəxş hesab olunub. 

Yığıncaqlarda çıxış edən YAP Naftalan şəhər təşkilatının sədri  Rövlan Heydərov qeyd edib ki,  Yeni Azərbaycan Partiyası güclü liderin ətrafında yaranmış partiyadır. Partiyanın yarandığı dövrə nəzər salanda görürük ki, zəngin dövlətçilik və idarəetmə təcrübəsinə malik olan, ömrünü və bütün fəaliyyətini Öz xalqına və dövlətinə xidmətə həsr edən bir şəxsiyyətin – Ümummilli lider Heydər Əliyevin Yeni Azərbaycan Partiyasına rəhbərlik etməsi partiyamıza olan inam, etimad və dəstəyi artırırdı. Yeni Azərbaycan Partiysının fəaliyyəti Heydər Əliyev siyasi xətti olaraq qəbul edilirdi. Bu səbəbdən Yeni Azərbaycan Partiyası qısa müddət ərzində ümumxalq partiyasına çevrildi, Azərbaycanın tərəqqisinə xidmət edən fəaliyyətini uğurla davam etdirərək ölkəmizin möhtəşəm nailiyyətlər əldə etməsinə fundamental töhfələr verdi.Bu gün də partiyamiz öz fəaliyyətini Ümummilli lider Heydər Əliyevin ideyaları əsasında davam etdirir. Başqa sözlə, Yeni Azərbaycan Partiyası Ulu öndər Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən cənab Prezident İlham Əliyevin Sədrliyi ilə öz fəaliyyətini müvəffəqiyyətlə davam etdirir.

Daha sonra gündəlikdəki ikinci məsələ ilə bağlı irəli sürülən təkliflərə əsasən səsvermə nəticəsində “Heydər Əliyev prospekti 204”  ərazi partiya təşkilatına Rüstəmov Faiq Salman oğlu  sədr, Həsənov Mahmud Dünyamalı oğlu  sədr müavini,  “Şıxəli  Qurbanov küçəsi 25” ərazi partiya təşkilatına Məmmədov Rauf Alay oğlu sədr, Dadaşova Ayna Məmmədqulu qızı sədr müavini, “İslam Həsənzadə küçəsi 3” ərazi partiya təşkilatına Dəmirova Rəna Şahmar qızı sədr, Ələkbərova Zərifə Hilal qızı sədr müavini, “İslam Həsənzadə küçəsi 15”  ərazi partiya təşkilatına Ağayev Fəxri Ağa  oğlu sədr, Nağıyev Rahib Mirqalib oğlu sədr müavini, “İslam Həsənzadə küçəsi 20” ərazi partiya təşkiltına  Bayramov Aqil Cabbar oğlu sədr, Ağayeva Faiqə Faiq qızı sədr müavini, “İslam Həsənzadə küçəsi 22”  ərazi partiya təşkiltına Məmmədov Tural Nofəl oğlu sədr, Verdiyev Elman Elim oğlu sədr müavini seçiliblər.

Yığıncaqların sonunda YAP Naftalan şəhər təşkilatının sədri Rövlan Heydərov yeni seçilən sədr və sədr müavinlərini təbrik edərək işlərində uğurlar arzulayıb və partiya üzvlərini partiyanın fəaliyyətində daha da yaxından iştirak etməyə çağırıb.

Orxan Vahidoğlu, “İki sahil”