Ermənistanın 1992-ci ildə Xocalıda dinc əhaliyə qarşı həyata keçirdiyi soyqırımının dünyaya çatdırılması çərçivəsində faciənin 30-cu ildönümü ilə əlaqədar “Xocalı 30 il: bir soyqırımın tarixi” kitabı və 4 dildə hazırlanmış “Xocalı bu gün” (www.khojalytoday.com) portalının təqdimatı olub.
“İki sahil” xəbər verir ki, portal Azərbaycan, rus, ingilis və ispan dillərində tərtib edilib.
Qeyd edək ki, “Xocalı 30 il: bir soyqırımın tarixi” kitabı və www.khojalytoday.com portalı Heydər Əliyev Fondunun dəstəyi ilə “Xocalıya ədalət” beynəlxalq maarifləndirmə kampaniyası çərçivəsində hazırlanıb.
Görmə məsafəsi azalacaq, yollar sürüşkən olacaq – yol polisindən hava xəbərdarlığı