2022-ci ilin fevral ayının 21-dən 26-dək Yeni Azərbaycan Partiyası (YAP) Daşkəsən rayon təşkilatı 20 ərazi partiya təşkilatında hesabat-seçki yığıncaqları keçirib.
Mədənçilər, Yuxarı Daşkəsən qəsəbə, Zahir Bağırov adına, Aşağı Daşkəsən kənd, Kobalt qəsəbə, Kobalt ərazi, Quşçu qəsəbə, Mikayıl Mustafayev adına, Alma bağı, Bayan, Kəmərqaya, Əmirvar, Gurbulaq, Alunitdağ qəsəbə, Tapan, Pirverdilər, Qabaqtəpə, Təzəkənd və Astaf ərazi partiya təşkilatlarında keçirilən hesabat-seçki yığıncaqlarında ümummilli lider Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Ölkə Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri, Ali Baş Komandan İlham Əliyevin uğurlu daxili və xarici siyasətindən, “Azərbaycan Respublikası və Rusiya Federasiyası arasında qarşılıqlı müttəfiqlik fəaliyyəti haqqında Bəyannamə”nin yeni fəaliyyət perspektivlərindən geniş formada söhbət açılıb.
Həmçinin, Yeni Azərbaycan Partiyasının yeni qəbul olunmuş Nizamnaməsinin müddəaları və əhəmiyyəti haqqında yığıncaq iştirakçılarına ətraflı məlumat verilib.
Hesabat-seçki yığıncaqlarında ərazi partiya təşkilatlarına yeni sədrlər və sədr müavinləri seçilib.
YAP sıralarına yeni qəbul edilmiş şəxslərə partiyanın üzvlük vəsiqələri təqdim edilib. Həmçinin bir qrup gənc partiya sıralarına qəbul olunmaq üçün ərizə ilə müraciət edib.
Cavid Əkbərov,
“İki sahil”