25 fevral 2022 19:54
780

YAP Tovuz rayon təşkilatı ərazi partiya təşkilatlarında hesabat-seçki yığıncaqları davam edir

Yeni Azərbaycan Partiyası Tovuz rayon təşkilatının  ərazi  partiya təşkilatlarında hesabat-seçki yığıncaqlarının keçirilməsi üzrə hazırlanmış qrafikə uyğun olaraq F.Hüseynov adına Qaraxanlı kənd tam orta məkətbi, C.Sadıqov adına Qədirli kənd tam orta məkətbi və F.Qasımov adına Xatınlı kənd tam orta məktəb ərazi partiya təşkilatlarında hesabat-seçki yığıncaqları keçirilmişdir.

“İki sahil” xəbər verir ki, yığıncaqlarda Yeni Azərbaycan Partiyasının yaradıcısı, Ulu Öndər Heydər Əliyevin, torpaqlarımızın azadlığı uğrunda canlarından keçən şəhidlərimizin və dünyasını dəyişmiş partiya üzvlərmizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Yığıncaqlarda hesabat məruzələri dinlənilərək məruzə ətrafında çıxışlar edilib və ərazi partiya təşkilatlarının hesabat dövründəki fəaliyyətləri qiymətləndirilib. Daha sonra təşkilati məsələlərə baxılıb, təşkilatlara yenidən sədr və sədr müavinləri seçilib.

Sonda YAP Tovuz  rayon təşkilatının sədri Nihad Pənahov  çıxış edərək, ulu öndər Heydər Əliyevin qurucusu olduğu və hazırda Prezident İlham Əliyevin rəhbərlik etdiyi Yeni Azərbaycan Partiyasının bu gün ölkədə ən nüfuzlu siyasi qüvvə olduğunu diqqətə çatdırıb. N.Pənahov  ərazi partiya təşkilatlarının yeni seçilən sədr və sədr müavinlərini təbrik edərək işlərində uğurlar arzulayıb onlara  daha sistemli və keyfiyyətli fəaliyyət göstərməsi istiqamətində müvafiq tapşırıq və tövsiyələrini verib.