03 mart 2022 15:32
638

Yeni Azərbaycan Partiyası ölkədə ən nüfuzlu siyasi qüvvədir - FOTO

Yeni Azərbaycan Partiyası (YAP) Şəmkir rayon təşkilatının ərazi partiya təşkilatlarında hesabat-seçki yığıncaqlarının keçirilməsi üzrə tətbiq olunmuş qrafikə uyğun olaraq Cahangir Rüstəmov adına şəhər tam orta məkətbi, 25-saylı Yol İstismar İdarəsi və Nərimanlı kənd ərazi partiya təşkilatlarında hesabat-seçki yığıncaqları keçirilmişdir.

Yığıncaqlarda müasir müstəqil Azərbaycanın qurucusu, Yeni Azərbaycan Partiyasının yaradıcısı, Ulu Öndər Heydər Əliyevin, torpaqlarımızın azadlığı uğrunda canlarından keçən şəhidlərimizin və dünyasını dəyişmiş partiya üzvlərmizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Yığıncaqlarda hesabat məruzələri dinlənilərək məruzə ətrafında çıxışlar edilib və ərazi partiya təşkilatlarının hesabat dövründəki fəaliyyətləri qiymətləndirilib. Daha sonra təşkilati məsələlərə baxılıb, təşkilatlara yenidən sədr və sədr müavinləri seçilib.

Sonda YAP Şəmkir rayon təşkilatının sədri Fəxrəddin Vəliyev və rayon təşkilatının əməkdaşları çıxış edərək, ulu öndər Heydər Əliyevin qurucusu olduğu və hazırda Prezident İlham Əliyevin rəhbərlik etdiyi Yeni Azərbaycan Partiyasının bu gün ölkədə ən nüfuzlu siyasi qüvvə olduğunu diqqətə çatdırıblar.

F.Vəliyev ərazi partiya təşkilatlarının yeni seçilən sədr və sədr müavinlərini təbrik edərək işlərində uğurlar arzulayıb onlara daha sistemli və keyfiyyətli fəaliyyət göstərməsi istiqamətində müvafiq tapşırıq və tövsiyələrini verib.

Orxan Vahidoğlu, "İki sahil"