03 mart 2022 15:57
2794

Peşəkar neftçi Qoçəli Mahmudovun yubileyi qeyd olunub FOTO

Tanınmış və peşəkar neftçi, “Tərəqqi” medallı, “Azneft” İstehsalat Birliyinin Nəriman Nərimanov adına Neft və Qaz Çıxarma İdarəsinin rəisi Qoçəli Teymur oğlu Mahmudovun anadan olmasının 60 illiyi tamam olub.

Yubiley münasibəti ilə Yeni Azərbaycan Partiyasının (YAP) Qaradağ rayon təşkilatının sədri Qafar Əliyev həmin idarədə olub.

Q.Əliyev Nəriman Nərimanov adına Neft və Qaz Çıxarma İdarəsinin əmək kollektivi ilə birlikdə yubilyarı təbrik edərək ona can sağlığı, gələcək fəaliyyətində uğurlar, nailiyyətlər arzulayıb. Vurğulanıb ki, Qoçəli Mahmudov neft sahəsində səmərəli fəaliyyəti ilə seçilib.

Qoçəli Mahmudov səmərəli əmək və ictimai fəaliyyətinə görə YAP Qaradağ rayon təşkilatı tərəfindən Fəxri Fərmanla təltif olunub.

Cavid Əkbərov, “İki sahil”