Yeni Azərbaycan Partiyası (YAP) Naftalan şəhər təşkilatı “Heydər Əliyev prospekti 77” ünvanı üzrə ərazi partiya təşkilatında hesabat-seçki yığıncağı keçirilib.
Əvvəlcə Vətən uğrunda canından keçən şəhidlərimizin və Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Sonra “Heydər Əliyev prospekti 77” ərazi təşkilatının sədri Afət Mustafayevanın Yeni Azərbaycan Partiyasının VI Qurultayından sonra ərazi partiya təşkilatının fəaliyyəti haqqında hesabat məruzəsi dinlənilib, təşkilati məsələlərə baxılıb. Ərazi partiya təşkilatının hesabat dövrü ərzindəki fəaliyyəti qənaətbəxş qiymətləndirilib.
Partiya üzvlərinin səsverməsi ilə Mustafayeva Afət Şamil qızı yenidən “Heydər Əliyev prospekti 77” ərazi təşkilatının sədri, Paşayev Elman Fəxrəddin oğlu isə sədrin müavini seçilib.
YAP Naftalan şəhər təşkilatının sədri Rövlan Heydərov çıxış edərək, Ulu Öndər Heydər Əliyevin qurucusu olduğu və hazırda cənab Prezident İlham Əliyevin rəhbərlik etdiyi Yeni Azərbaycan Partiyasının bu gün ölkədə ən nüfuzlu siyasi qüvvə olduğunu diqqətə çatdırıb.
Rövlan Heydərov yeni seçilmiş sədr və müavini təbrik edərək, təşkilatın işlərində uğurlar arzulayıb, partiya üzvlərini partiyanın fəaliyyətində daha da yaxından iştirak etməyə çağırıb. Partiya rəhbərliyi tərəfindən qarşıya qoyulan vəzifələr, öhdəliklər, yeni sturuktur və yeni fəaliyyət haqda partiya üzvlərinə geniş məlumat verib.
Orxan Vahidoğlu, “İki sahil”