04 mart 2022 14:58
725

Hacıqabul şəhərində səyyar qəbul-görüş keçirilib FOTO

Martın 4-də Hacıqabul rayon İcra Hakimiyyətinin başçısı Rüstəm Xəlilovun Hacıqabul şəhərində səyyar qəbul-görüşü keçirilmişdir.

“İki sahil” xəbər verir ki,  qəbulda rayonun idarə, müəssisə və təşkilat rəhbərləri, bir qrup sakinlər iştirak ediblər.

Hacıqabul rayon İcra Hakimiyyətinin başçısı Rüstəm Xəlilovgörüş iştirakçıları qarşısında çıxış edərək son illərdə respublikamızın o cümlədən Hacıqabul rayonunun sosial-iqtisadi inkişafı, əhalini narahat edən problemlərin həlli istiqamətində görülən tədbirlər barədə danışdı. İH başçısı həmçinin əhalinin sosial rifah halının yaxşılaşdırılması sahəsində Prezident İlham Əliyev tərəfindən həyata keçirilən sosial layihələr barədə şəhər sakinlərinə məlumat verib.

Rüstəm Xəlilov qəbulda iştirak edən sakinləri dinləyərək onların qaldırdıqları problemlərin həll olunması üçün müvafiq tapşırıqlar verib.