1-4 mart 2022-ci il tarixlərində tərtib edilmiş qrafikə uyğun olaraq YAP Tovuz rayon təşkilatının Adil Qasımov adına Tovuz şəhər tam orta məktəbi, 26 №-li Yol İstismar İdarəsi, Tovuz Peşə Liseyi ,Vaqif və Həzi Aslanov küçələri ərazi partiya təşkilatlarında hesabat-seçki yığıncaqları keçirilmişdir. Yığıncaqlarda Yeni Azərbaycan Partiyasının yaradıcısı, Ulu Öndər Heydər Əliyevin, torpaqlarımızın azadlığı uğrunda canlarından keçən şəhidlərimizin və dünyasını dəyişmiş partiya üzvlərmizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
“İki sahil” xəbər verir ki, görüşlərdə çıxış edən rayon təşkilatının sədri vurğulayıb ki, bir il öncə keçirilmiş Yeni Azərbaycan Partiyasının VII qurultayı da Prezident İlham Əliyevin islahatlar siyasətinin davamı idi: Belə ki, 2021-ci il martın 5-də Yeni Azərbaycan Partiyasının VII qurultayında qəbul olunmuş qərarlar partiya həyatına mühüm dəyişikliklər kimi daxil olmasından bəhs edən N.Pənahov VII qurultayda YAP-ın yeni Nizamnaməsi təsdiq olunması, Nizamnaməyə əsasən Qurultay, Partiyanın Sədri, İdarə Heyəti və Təftiş Komissiyası partiyanın orqanları qismində müəyyənləşməsi, Partiya Sədrinin birinci müavini vəzifəsi təsis edilməsi, həmçinin Partiyanın strukturuna Veteranlar Şurasının, Gənclər Birliyinin, Mərkəzi Aparatın, yerli təşkilatların və onların aparatlarının daxil olduğunu həmçinin VII qurultayda İdarə Heyəti, Təftiş Komissiyası və Veteranlar Şurasının say tərkibi müəyyən edilməsini, İdarə Heyəti və Təftiş Komissiyasının üzvlərinin, Veteranlar Şurasının üzvlərinin, sədri və sədr müavinlərinin seçilməsini bildirmişdir.
Yığıncaqlarda hesabat məruzələri dinlənilərək məruzə ətrafında çıxışlar edilib və ərazi partiya təşkilatlarının hesabat dövründəki fəaliyyətləri qiymətləndirilib. Daha sonra təşkilati məsələlərə baxılmış, ərazi partiya təşkilatlarına sədr və sədr müavinlərin seçilib.Təşkilati məsələlərdə partiya həyatında fərqlənən gənclərə xüsusi önəm verilmiş, Vətən Müharibəsi iştirakçıları ərazi ilk partiya təşkilatlarında sədr və sədr müavinləri vəzifələrinə seçilmişlər.
Rayon təkilatının sədri və aparatın əməkdaşları yeni seçilmiş tərkibləri təbrik edərək onlara işlərində uğurlar arzulayıb. Partiya həyatında fərqlənən partiya fəalları rayon təşkilatının sədri Nihad Pənahov tərəfindən Fəxri Fərmanla təltif edilmişdir.