04 mart 2022 19:37
910

YAP Kürdəmir rayon təşkilatının ərazi partiya təşkilatlarında hesabat-seçki yığıncaqları keçirilib - FOTO

YAP Kürdəmir rayon təşkilatının Mənzil İstismar Sahəsi, S.Paşayev adına, R.Quliyev adına, Şahsevən, Qarasaqqal, Cəyli, Böyük Kəngərli, Xınıslı, Karrar qəsəbə, “Qaz İstismar İdarəsi”, “Maarifçi”, “Energetik” ərazi partiya təşkilatlarında  hesabat- seçki yığıncaqları  keçirilib.

Ərazi partiya təşkilatlarının yığıncaqlarında YAP Kürdəmir rayon təşkilatının sədri Ayaz Cəbrayılov və rayon təşkilatının əməkdaşları iştirak ediblər.

Hesabat-seçki yığıncaqlarında ərazi partiya təşkilatlarının  partiyamızın VII Qurultayından sonrakı dövr ərzindəki fəaliyyətləri barədə hesabatlar  dinlənilib.

Hesabat- seçki yığıncaqlarında  çıxış edən YAP Kürdəmir rayon təşkilatının sədri Ayaz Cəbrayılov ərazi partiya təşkilatlarının öz işlərini partiyamzın VII Qurultayında qəbul olunmuş yeni Nizamnamənin, partiyanın  Proqramının  və yerli təşkilatlar haqqında Əsasnamənin tələblərinə uyğun qurmalarının bir vəzifə olaraq qarşıya qoyulmasından, bu siyasətin cəmiyyətə çatdırılması və aşılanması istiqamətində görüləcək işlərin səmərəliliyinin yüksəldilməsi tədbirlərindən danışıb.

Hesabat-seçki yığıncaqlarında çıxış edənlər ərazi partiya təşkilatlarının  fəaliyyətlərinin  qənaətbəxş hesab edilmələrini  təklif ediblər.

 Sonra təşkilati məsələlərə baxılıb. Mənzil İstismar Sahəsi ərazi partiya təşkilatının sədri Azər Məmmədov, sədr müavini Ata Balayev, S.Paşayev adına  ərazi partiya təşkilatının sədri Türfə Kərimova, sədr müavini Qızlar Əzizova, Şahsevən ərazi partiya təşkilatının sədri Ceyhun Fətəliyev, sədr müavini Elçin Nuralıyev, Qarasaqqal ərazi partiya təşilatının sədri Cahid Abdullayev, sədr müavini Rövlan Ələkbərov, Cəyli ərazi partiya təşilatının sədri Gülşən Yusifli, sədr müavini Günay Şükürova, Böyük Kəngərli ərazi partiya təşkilatının sədri Zahir Mürsəliyev, sədr müavini Vasif Həsrətov,  Xınıslı ərazi partiya təşkilatının sədri Rüfət Nəsirov, sədr müavini Coşqun Soltanov, Karrar qəsəbə ərazi partiya təşkilatının sədri Tərlan Xanlarov, sədr müavini Ramiq Rzayev, “Qaz İstismar İdarəsi” ərazi partiya təşkilatının sədri Mehdi Əliyev, sədr müavini Afiq Əliyev, “Maarifçi”  ərazi partiya təşkilatının sədri Rəfail Məmmədov, sədr müavini Xalid Bayramov, “Energetik” ərazi partiya təşkilatının sədri Asim Hacıyev, sədr müavini isə Ağaməhəmməd Osmanov seçilib.

Ərazi partiya təşkilatlarına seçilmiş sədr və sədr müavinləri  göstərilmiş etimada görə təşəkkürlərini bildiriblər.

Orxan Vahidoğlu, "İki sahil"