YAP İmişli rayon təşkilatı Novruz bayramı öncəsi şəhid ailələrini ziyarət aksiyası keçirir
YAP İmişli rayon təşkilatı Novruz bayramı ilə əlaqədar olaraq «Vətəni də sevirik, Zəfəri də!» adlı aksiyaya başlamışdır.
“İki sahil” xəbər verir ki, keçiriləcək aksiyada məqsəd Novruz bayramına qədər rayon ərazisindəki bütün şəhid ailələrinin ziyarət edilməsi, onlara bayram sovqatının paylanılmasıdır. Aksiya çərçivəsində 4 mart 2022-ci il tarixdə Vətən müharibəsi şəhidi Cavadlı Nemət Cavid oğlunun ailəsi ziyarət edilmiş, bayram sovqatı verilmişdir. Ailənin qayğıları ilə maraqlanan təşkilat sədri Səfa Ağayev torpaqlarımızın azadlığı uğrunda şəhid olmuş hər bir övladımızın xatirəsinin dövlətimiz və xalqımız tərəfindən hər zaman uca tutulduğunu vurğulayaraq şəhid olan qəhrəmanlarımıza Allahdan rəhmət diləmişdir. Daha sonra təşkilat sədri şəhid Nemət Cavadlının xatirə dəftərinə öz ürək sözlərini yazmışdır.