05 mart 2022 16:13
780

YAP Cəlilabad rayon təşkilatının daha 2 ərazi partiya təşkilatına sədr seçilib

Yeni Azərbaycan Partiyası (YAP) Cəlilabad rayon təşkilatının 31 saylı Təcili və Təxirəsalınmaz Tibbi Yardım stansiyası və 42 saylı Cəlilabad rayon Elektrik şəbəkəsi ərazi ilk partiya təşkilatlarında hesabat-seçki yığıncaqları keçirilib.

Tədbirlərdə əvvəlcə Vətən uğrunda canından keçmiş şəhidlərimizin və ümummilli lider Heydər Əliyevin əziz xatirələri bir dəqiqəlik sükutla yad edilib.

Sonra ərazi partiya təşkilatlarının ötən dövr ərzindəki fəaliyyətləri barədə hesabat məruzələri dinlənilib.

Hesabat məruzələri ətrafında  müzakirələr aparılıb və ərazi ilk partiya təşkilatlarının hesabat dövrü ərzindəki fəaliyyətləri qənaətbəxş hesab olunub. İclaslarda təşkilati məsələlərə də baxılıb və tədbir iştirakçıları tərəfindən ərazi partiya təşkilatlarına sədrlər və sədr müavinləri seçilib.

Sonda iclaslarda iştirak edən YAP Cəlilabad rayon təşkilatının nümayəndəsi partiyanın yeni Nizamnaməsi barədə ətraflı məlumat verib, yeni seçilən sədrləri və sədr müavinlərini təbrik edərək işlərində uğurlar arzulayıb. Həmçinin YAP üzvlərini partiyanın fəaliyyətində daha da yaxından iştirak etməyə çağırıb.

Cavid Əkbərov, “İki sahil”