Yeni Azərbaycan Partiyası (YAP) Daşkəsən rayon təşkilatının ərazi partiya təşkilatlarında hesabat-seçki yığıncaqlarının keçirilməsi davam etdirilir.
2022-ci ilin 28 fevral - 5 mart tarixlərində partiyanın Daşkəsən rayon təşkilatının Mollahəsənli, Əhmədli, Dəstəfur, Çıraqlı, Daşkəsən şəhər, Gənclər İdman və Turizm İdarəsi, Gigiyena və Epidemiologiya Mərkəzi, “Kapital Bank”ın Daşkəsən rayon filialı, Telekommunikasiya Qovşağı, Paylayıcı Elektrik Şəbəkəsi, Yaşıllaşdırma İdarəsi, İncəsənət məktəbi, 31 saylı Yol İstismar İdarəsi və Qarabağ müharibəsi əlilləri və veteranları ərazi partiya təşkilatlarında hesabat-seçki yığıncaqları keçirilib.
Bütün tədbirlərdə ümummilli lider Heydər Əliyevin və torpaqlarımızın azad olunması uğrunda şəhid olan qəhrəman Vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Yığıncaqlarda ərazi partiya təşkilatlarının sədrləri hesabat məruzələri ilə çıxış ediblər. Çıxış edənlər qeyd ediblər ki, YAP dövrümüzün ən böyük siyasi partiyasıdır. Vurğulanıb ki, YAP-ın VII Qurultayı partiyanın tarixində yeni inkişaf mərhələsinin başlanğıcı rolunu oynayıb.
Hesabat-seçki yığıncaqlarında ərazi partiya təşkilatlarına sədrlər və sədr müavinləri seçilib. Bir qrup gənc Yeni Azərbaycan Partiyasının sıralarına qəbul olunmaq üçün ərizə ilə müraciət edib.
Cavid Əkbərov, “İki sahil”