05 mart 2022 18:43
585

Daha 433 nəfər COVID-19-a yoluxdu

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 433 yeni yoluxma faktı qeydə alınıb, 1531 nəfər müalicə olunaraq sağalıb.

“İki sahil” xəbər verir ki,  Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 12 nəfər vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 788 958 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 774 246 nəfər müalicə olunaraq sağalıb, 9500 nəfər vəfat edib, aktiv xəstə sayı 5212 nəfərdir.

Ölkədə son sutka ərzində 7530, hazırkı dövrədək isə 6 593 522 test aparılıb.