06 mart 2022-ci il tarixdə YAP Kürdəmir rayon təşkilatının sədri Ayaz Cəbrayılov, rayon təşkilatının əməkdaşları Vətən müharibəsində torpaqlarımızın azadlığı uğrunda qəhrəmancasına Şəhid olmuş Məlikov Rəvan Əliabbas oğlunun doğum günü ilə əlaqədar dəfn edildiyi Şahsevən kəndində yerləşən qəbiristanlıqda məzarını ziyarət edərək, qəbri üzərinə gül dəstələri düzmüş və xatirəsini ehtiramla yad etmişlər. Şəhidlərin məzarları ziyarət edilmişdir.
“İki sahil” xəbər verir ki, daha sonra YAP Kürdəmir rayon təşkilatının rəhbərliyi və əməkdaşları şəhidin evinə gedərək, ailə üzvləri ilə görüşmüş, onların qayğı və problemləri ilə maraqlanaraq maddi və mənəvi dəstək göstərmişlər. YAP Kürdəmir rayon təşkilatının sədri Ayaz Cəbrayılov bildirdi ki, şəhidlərimizin ruhu bizim üçün çox əzizdir, bu günkü qələbəni bizə yaşadan şəhidlərimizin ruhu qarşısında baş əyirik, şəhid analarına dərin minnətdarlığımızı bildiririk. 44 günlük Vətən müharibəsi və tarixi qələbəmiz Azərbaycan xalqının nəyə qadir olduğunu göstərdi. Xalqımızın birliyi, Ali Baş Komandanımızın qətiyyəti, Ordumuzun gücü, əsgər və zabitlərimizin peşəkarlığı, qəhrəmanlığı parlaq zəfərimizin qazanılması ilə nəticələndi.
Şəhidimizin ailə üzvləri şəhid ailələrinə göstərilən diqqət və qayğıdan razılıqlarını ifadə edərək, buna görə Prezident, Ali Baş Komandan İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə etmişlər.
Şəhid Məlikov Rəvan Əliabbas oğlu 06 mart 1996-cı ildə Kürdəmir rayonunun Şıxımlı kəndində anadan olub.Rəvan Məlikov Cəbrayılın azad olunması uğrunda gedən döyüşlərdə iştirak edib. Rəvan Vətən müharibəsində igidlik və mərdlik göstərərək 01 oktyabr 2020-ci il tarixdə Cəbrayıl rayonunun Rüzügar kəndinin azad olunması uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. O, Vətən müharibəsində göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamlarına əsasən “Vətən uğrunda” və "Cəbrayılın azad olunmasına görə" medalları ilə təltif edilmişdir.
Allah bütün Şəhidlərimizə rəhmət eləsin. Bu vətən, bu xalq sizləri heç vaxt unutmayacaq!