06 mart 2022 17:39
760

DGK Akademiyasında ağacəkmə aksiyası keçirilib

Martın 5-də Dövlət Gömrük Komitəsinin Akademiyasında ağacəkmə aksiyası keçirilib.

Akademiyadan “İki sahil”ə verilən məlumata görə, ekoloji mədəniyyətə diqqətin artırılması, ətraf mühitin qorunmasına dəstək və təbiətə töhfə vermək məqsədilə keçirilən aksiyada Akademiyanın rəhbərliyi, əməkdaşları və tələbələri iştirak ediblər.

Aksiya çərçivəsində Akademiyanın ətraf ərazisində yeni ağaclar əkilib. İməcilik iştirakçıları yeni əkilən ağacları suvarıb, onlara aqrotexniki qaydada qulluq göstəriblər