Ötən gün ölkəmizdə aparılan 6 min 284 test nəticəsində məlum olub ki, 374 nəfər koronavirusa (COVID-19) yoluxub. Bununla da virusa yoluxanların ümumi sayı 789 min 332-yə yüksəlib.
“İki sahil” xəbər verir ki, Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın yaydığı məlumata görə, son sutka ərzində 18 nəfərin həyatını itirməsi nəticəsində ölənlərin ümumi sayını 9 min 518 nəfər təşkil edib.
Daha 1 min 29 nəfər COVID-19 xəstəsinin sağalması nəticəsində virusdan sağalanların ümumi sayını 775 min 275-ə yüksəlib.