Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 23 min 95 peyvənd vurulub.
“İki sahil” xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.
Bildirilib ki, birinci mərhələ üzrə peyvənd olunanların sayı 1 min 281, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 1 min 548, “buster” doza ilə peyvənd olunanların sayı 19 min 49, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 1 min 217 nəfərdir.
Ölkədə vurulan vaksinlərin ümumi sayı 13 milyon 159 min 751, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 milyon 308 min 772, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 4 milyon 795 min 324 təşkil edir. “Buster” doza ilə peyvənd olunanların ümumi sayı isə 2 milyon 842 min 65, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 213 min 590 nəfərdir.