Masallıda Qadınlar günü münasibətilə şəhid ailələr ilə görüş keçirildi. Dəyərlərin Təbliği Fondunun maliyyə dəstəyi, Masallı rayonu Ərkivan qəsəbəsi Qızlaküçə məscidi dini icması və "Zəfər" Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin təşkilatçılığı ilə baş tutan tədbirin iştirakçıları Masallı rayonunda yaşayan şəhid ailələrinin qadın üzvləri və ictimaiyyət nümayəndələri idilər.
Əvvəlcə Masallı rayonunun Qəhrəmanlar parkında şəhidlərin xatirəsinə ucaldılmış abidə kompleksi ziyarət olunaraq önünə gül dəstələri qoyulub. Tədbirin rəsmi hissəsi şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla anılmaqla başlandı. Mənəvi Dəyərlərin Təbliği Fondunun icraçı direktoru M. İsmayılov, "Zəfər" Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin sədri S. Alızadə, Masallı RİH başçısının birinci müavini M. Hüseynov, başçının müavini Aybəniz Qafarova, Qafqaz Müsəlmanları İdarəsinin Masallı bölgəsi üzrə qazisi R. Talıbov, Biləsuvar Qadın Resurs Mərkəzinin rəhbəri N. Əzizova, eləcə şəhid anaları çıxış etdilər və Vətən naminə canından keçən qəhrəman oğulların ruhuna dualar oxundu.
Zəfər Orucoğlu,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü