07 mart 2022 16:44
984

Goranboyda “8 Mart-Beynəlxalq Qadınlar Günü” ilə bağlı tədbir - FOTO

Goranboy rayon Heydər Əliyev Mərkəzində “8 Mart-Beynəlxalq Qadınlar Günü” ilə bağlı tədbir keçirildi. Tədbirdə rayon İcra Hakimiyyətinin başçısı, rayonun digər rəhbər şəxsləri, Milli Məclisin deputatı Anar Məmmədovun köməkçisi Elçin Cahangirov, hüquq-mühafizə orqanlarının nümayəndələri, şəhid ailələri, rayonun ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında fərqlənən bir qrup xanımlar və rayon fəalları iştirak etdilər.

Tədbirdə çıxış edənlər Azərbaycanda qadınlara göstərilən ənənəvi ehtiramdan,  dövlət qayğısından danışaraq bildiriblər ki, ümummilli lider Heydər Əliyev və cənab Prezident İlham Əliyev daim qadınlarımızın zəhmətini, cəmiyyət həyatının müxtəlif sahələrində fəaliyyətini yüksək qiymətləndirmiş, onlara hər zaman böyük hörmətlə yanaşmışdır.

Orxan Vahidoğlu, "İki sahil"