9 - 11 mart 2022-ci il tarixlərində Yeni Azərbaycan Partiyası (YAP) Daşkəsən rayon təşkilatının İcra Hahimiyyəti Aparatı, Kommunal Müəssisələri Kombinatı və Qaz İstismar Sahəsi ərazi partiya təşkilatlarında hesabat-seçki yığıncaqları keçirilib.
“İki sahil” xəbər verir ki, yığıncaqlarda ümummilli lider Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda şəhid olanların əziz xatirələri bir dəqiqəlik sükutla yad edilib.
Çıxış edənlər sonuncu Prezident seçkilərindən sonra qarşıya qoyulmuş ən vacib məsələ olan ərazi bütövlüyümüzün bərpasının, ölkə başçısının bəyan etdiyi inkişaf strategiyasının uğurla icra olunması haqqında danışıblar.
Eyni zamanda Yeni Azərbaycan Partiyasının VII Qurultayında qəbul olunmuş yeni Nizamnamə və digər normativ hüquqi sənədlərin əhəmiyyəti barədə yığıncaq iştirakçılarına ətraflı məlumat verilib.
Yığıncaqlarda yeni sədr və sədr müavinləri seçilib. Onlarla gənc Yeni Azərbaycan Partiyasının sıralarına qəbul olunmaq üçün ərizə ilə müraciət edib.
Cavid Əkbərov,
“İki sahil”