11 mart 2022-ci il tarixdə Yeni Azərbaycan Partiyası Şəmkir rayon təşkilatının Düyərli kənd, Düyərli xəstəxana, Baytarlıq-Dövlət Aqrar İnkişaf Mərkəzi, Suvarma Sistemləri idarəsi, Dəllər Cırdaxan kənd, Yeni-Göyçə kənd, Dağ-Cəyir kənd, Çaykənd kənd, Könüllü 2-saylı tam orta məktəb, Qaranüy kənd ümumi orta məktəb ərazi partiya təşkilatlarında hesabat-seçki yığıncaqları keçirilib.
“İki sahil” xəbər verir ki, əvvəlcə Yeni Azərbaycan Partiyasının yaradıcısı, ümummilli lider Heydər Əliyevin və Vətən uğrunda canından keçən şəhidlərin əziz xatirələri bir dəqiqəlik sükutla yad edilib.
Yığıncaqlarda ərazi partiya təşkilatlarının ötən dövr ərzindəki fəaliyyətləri barədə hesabat məruzələri dinlənilib. Çıxış edən partiya fəalları ərazi partiya təşkilatlarının hesabat dövrü ərzindəki fəaliyyətlərini qənaətbəxş qiymətləndiriblər.
Daha sonra təşkilati məsələlərə baxılaraq ərazi partiya təşkilatlarına sədr və sədr müavinləri seçilib.
Yığıncaqlarda iştirak edən YAP Şəmkir rayon təşkilatının sədri Fəxrəddin Vəliyev yeni seçilən sədr və sədr müavinlərini təbrik edərək işlərində uğurlar arzulayıb, qarşıda duran vəzifələr haqqında fikirlərini bölüşmüşdür.