18 mart 2022 18:55
589

"Şəhid ailələrinə qayğı" humanitar aksiyası davam edir

Yasamal rayonunda Novruz bayramı münasibətilə "Şəhid ailələrinə qayğı" humanitar aksiyası davam etdirilir. 

“İki sahil” xəbər verir ki, Yasamal Rayon İcra Hakimiyyəti, YAP Yasamal rayon təşkilatı, millət vəkili Elnur Allahverdiyev və Yasamal rayon bələdiyyəsinin birgə təşkilatçılığı ilə Novruz bayramı münasibətilə "Şəhid ailələrinə qayğı" humanitar aksiyası keçirilir.

Aksiyanın ikinci günü Yasamal rayonu ərazisindəki şəhid ailələri ziyarət olunub, şəhidlərimizin xatirəsi anılıb, onların ailələrinin qayğıları dinlənilib.

Şəhidlərimiz kimi, onların ailə üzvlərinin də  çox qiymətli olduğu vurğulanıb. Şəhid ailələri onlara göstərilən diqqət və qayğıya görə ölkə Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını ifadə ediblər.

Görüşlər zamanı şəhid ailələrinə Novruz sovqatları təqdim olunub.