18 mart 2022 16:17
674

YAP Daşkəsən rayon təşkilatının daha 2 ərazi partiya təşkilatına yeni sədrlər seçilib

14-18 mart 2022-ci il tarixlərdə Yeni Azərbaycan Partiya (YAP) Daşkəsən rayon təşkilatının Sukanal Sahəsi və Daşkəsən Meşə Sahəsi ərazi partiya təşkilatlarında hesabat-seçki yığıncaqları keçirilib.

Yığıncaqlarda ümummilli lider Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda şəhid olan qəhrəman Vətən övladlarının əziz xatirələri bir dəqiqəlik sükutla yad edilib.

Tədbirlərdə hər iki ərazi partiya təşkilatının ötən hesabat dövrünü özündə əks etdirən məruzələri dinlənilib. Onların fəaliyyətləri qənaətbəxş hesab olunub.

Çıxış edənlər bir-birlərini müqəddəs Novruz bayramı münasibətilə təbrik ediblər. Eyni zamanda 21 mart 2000-ci il tarixində Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edərkən ulu öndər Heydər Əliyevin öz çıxışında dediyi qiymətli kəlam da yada salınıb: “Novruz bayramının bizə bəxş etdiyi ən gözəl nemət ondan ibarətdir ki, qədim zamanlardan bu bayramda insanlar kin-küdurəti unudur, küsülülər barışır, ziddiyyətlər aradan götürülür. Demək, bu, dostluq, həmrəylik, yüksək mənəviyyat bayramıdır.”

Ərazi partiya təşkilatlarının yeni sədrləri və sədr müavinləri seçilib.

Hər iki ərazi təşkilatında bir qrup gənc Yeni Azərbaycan Partiyasının sıralarına qəbul olunmaq üçün ərizə ilə müraciət edib.

Cavid Əkbərov,
“İki sahil”