19 mart 2022 10:01
730

Bakıda avtobus qəzaya düşüb

“BakuBus” MMC-yə məxsus sərnişin avtobusu qəzaya düşüb.

“İki sahil” xəbər verir ki, bu barədə "Report" məlumat yayıb.

Bildirilib ki, hadisə paytaxtın 28 May küçəsi ilə Puşkin küçəsinin kəsişməsində qeydə alınıb.

Belə ki, “BakuBus”ın avtobusu ilə “KİA Sportage” markalı minik avtomobili toqquşub. Nəticədə hər iki nəqliyyat vasitəsinə ciddi ziyan dəyib.

Faktla bağlı araşdırma aparılır.