Anna Başta İstanbulda keçirilən dünya kubokunun mərhələ yarışında 5-ci olub.
Azərbaycan Qılıncoynatma Federasiyasından "İki sahil"ə verilən məlumata görə, Türkiyənin İstanbul şəhərində qılıncoynatmanın sablya növü üzrə qadınların dünya kubokunda şəxsi mübarizəsində qaliblər müəyyənləşib.
Mübarizəyə əsas mərhələdən başlayan Anna Başta ilk görüşündə Çloe Fox-Gitomeri (ABŞ) 15:9 hesabı ilə məğlub edib. Ən güclü 16-lığa yüksəlmək üçün koreyalı rəqibi Eunhye Jeuna 15:8 hesabı ilə qalib gələn sablyaçımız növbəti mərhələdə fransalı Karolin Queroli (15:12) mübarizədən kənarlaşdırıb. Başta yarımfinala yüksəlmək uğrunda keçirilən qarşılaşmada ispan Lusia Martinə 13:15 hesabı ilə uduzub.
Dünya Kubokuna sabah keçiriləcək komanda yarışı ilə yekun vurulacaq.